Rumıniyada növbəti partlayış:yaralılar var
06 noyabr 2015 00:38 (UTC +04:00)

Rumıniyada növbəti partlayış:yaralılar var

Rumıniyanın Braşov şəhərində çörək zavodunda baş vermiş partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onlarla insan dağıntılar altında qalıb.

 

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər və tibb briqadaları işləyir.

 

Partlayışın başvermə səbəbi hələ ki, məlum deyil.

 

Qeyd edək ki, bundan əvvəl Rumıniyanın paytaxt Buxarestdə gecə klubunda baş vermiş partlayış nəticəsində 30-dan çox insan həyatını itirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar