Ruhani Ermənistanla ikitərəfli əlaqələri genişləndirməyə çağırıb
İran prezidenti Həsən Ruhani Ermənistanla ikitərəfli əlaqələri genişləndirməyə çağırıb. Musavat.com-un məlumatına görə, bu barədə o, Ermənistanın yeni səfiri Artaşes Tumanyanla görüşü zamanı bildirib.
“Fars” agentliyinin yaydığı xəbərdə deyilir ki, prezident iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün heç bir əngəlin olmadığını söyləyərək əlavə edib ki, Tehran və İrəvan qarşılıqlı əməkdaşlığa əlavə olaraq beynəlxalq təşkilatlarda əməkdaşlıq üçün də məqbul səviyyəyə malikdir.
Ruhani ümidvar olduğunu bildirib ki, İranla Ermənistan arasında münasibətlər yeni səfirin missiyası dövründə də genişlənəcək.
Öz növbəsində Tumanyan bildirib ki, Tehran-İrəvan əlaqələrinin möhkəmlənməsi üçün əlindən gələni edəcək.
179