Ruhani ABŞ şirkətlərinin İrana gəlməsini istəyir
03 fevral 2016 01:55 (UTC +04:00)

Ruhani ABŞ şirkətlərinin İrana gəlməsini istəyir

0

İran prezidenti Həsən Ruhani ABŞ şirkətlərinin İrana sərmayə qoymasının əleyhinə olmadığını deyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani bu barədə “Press TV”-yə müsahibəsində bildirib.

 

“Əgər Amerika şirkətləri gəlib ölkəyə sərmayə qoymaq və istehsalatlarını İrana köçürmək istəyirlərsə, biz buna heç bir etirazımız yoxdur”, deyə Ruhani bildirib.  

 

Qeyd edək ki, AEBA yanvarın 16-da İranın nüvə proqramına dair hesabatı təqdim etdikdən  sonra ABŞ və Aİ İrana qarşı tətbiq olunan sanksiyaların götürüldüyünü bəyan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar