Ruhani: İran Avropa üçün enerji resurslarının etibarlı mənbəyi ola bilər
İran Avropa üçün enerji resurslarının etibarlı mənbəyi ola bilər. Bu barədə İran prezidenti Həsən Ruhani Avstriya prezidenti Hants Fişer ilə görüşündə bəyan edib. Lent.az-ın məlumatına görə, bu barədə APA “İTAR-TASS”a istinadən xəbər verir.
“Enerji sahəsi nöqteyi-nəzərdən İran unikal statusa malikdir, bu baxımdan da Avropa üçün enerji resurslarının etibarlı mənbəyi ola bilər”, deyə Ruhani qeyd edib.
“Biz təbii qazın Avstriya üzərindən Avropaya ötürülməsi üçün şəbəkənin yaradılmasına hazırıq”, deyə İran prezidenti əlavə edib.
664