İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi kampaniyasını böyük strateji səhv adlandırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti “Qızıl Aypara” cəmiyyətinin konfransında çıxışı zamanı bildirib.
“Yəməndə hərbi kampaniyaya başlamaqla Ər Riyad böyük strateji səhvə yol verib. Əslində bu müharibə yox qonşu dövlətə vicdansız şəkildə edilən hücumdur. Səudiyyə Ərəbistanı bu kasıb ölkənin inkişafı üçün yardım etmək əvəzinə Yəmən xalqını bombalayır”, deyə Ruhani qeyd edib.
İran prezidenti Yəməndə yaranmış ağır humanitar vəziyyətin bütün dünya üçün tarixi sınaq olduğunu qeyd edərək İranın Yəmənə humanitar yardım göndərməkdə davam edəcəyini vurğulayıb.