Ruhani: "Neftin ixracına çox bel bağlamamalıyıq"
03 fevral 2016 05:38 (UTC +04:00)

Ruhani: "Neftin ixracına çox bel bağlamamalıyıq"

0

İran prezidenti Həsən Ruhani neftin qiymətinin aşağı olmasının ölkə üçün yeni imkanlar yaratdığını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ruhani neftin yenidən bahalaşacağı təqdirdə belə, hökumətin ölkə iqtisadiyyatını şaxələndirmək niyyətində olduğunu bildirib.     

 

“Sözsüz ki, neftin ucuzlaşması bizə də təsir edir, lakin biz yeni imkanların yarandığını da müşahidə edirik”, deyə Ruhani  “Press TV”yə müsahibəsində bildirib.

 

İran prezidenti ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasının vacibliyini qeyd edərək, gəlirlərin artırılması üçün iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsinin lazım olduğunu vurğulayıb.

 

“Hətta neft yenidən bahalaşsa belə,  neftin ixracına çox bel bağlamamalıyıq”, deyə Ruhani qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar