Rusiya Federasiyasının Rostov vilayətində terror aktı hazırlamaqda şübhəli bilinən üç qız tutulub.
APA-nın məlumatına görə, bu barədə "İnterfaks"a güc strukturlarındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, saxlanılan şəxslərlə bağlı istintaq hərəkətləri aparılır.
Faktla bağlı terror maddəsi ilə cinayət işi başlanıb.
Mənbə digər təfərrüatları açıqlamayıb.