Portuqaliya millisi və Madrid “Real”-ınn tanınmış ulduz oyunçusu Kristiano Ronaldo Fələstində baş verənlərə öz münasibətini yardımı ilə bildirib.
Lent.az-ın “Habertürk”-ə istinadən məlumatına görə, o, Orucluq ayı münasibəti ilə Fələstindəki uşaqlara 2 milyon dollar yardım edib.
Mənbə xatırladıb ki, 2012-ci ildə də bu ulduz futbolçu hərraca çıxardığı “qızıl butsu”lardan əldə etdiyi 1,5 milyon dolları da fələstinlilərə bağışlamışdı.