Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.
APA-nın “Reuters”-ə istinadın verdiyi məlumatına görə, bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.
Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb.
Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni dini liderləri də iştirak ediblər.
S. Sarkisyan Roma Papasının nitqini minnətdarlıqla qarşılayıb.
Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Adının çəkilməsini istəməyən yüksək rütbəli Türkiyə rəsmisi bildirib ki, Ankara Papanın bəyanatına görə Vatikandan izahat tələb edib.