Roma papası Azərbaycana səfər edəcək
10 fevral 2016 01:24 (UTC +04:00)

Roma papası Azərbaycana səfər edəcək

0

Roma papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir. APA-nın  verdiyi xəbərə görə, bu barədə “TASS”a Papa administrasiyasındakı məlumatlı mənbə məlumat verib.   

 

İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb.

 

Politoloqlar  Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər. Qeyd edək ki, ötən il geri çağırılan Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb.

 

Xatırladaq ki, ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi  ilə əlaqədar Roma papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin  keçirib. Buna cavab olaraq  Ankara Vatikandakı səfirini geri çağırmışdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar