İtaliyanın paytaxtı Roma iflas astanasındadır. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, şəhər meri İnyatsio Mariino bildirib ki, əgər hökumət şəhər xəzinəsi üçün maliyyə yardımının edilməsi ilə bağlı tədbirlər görməzsə, fevralın 28-dən etibarən bütün kommunal, o cümlədən nəqliyyat vasitələri, tibbi xidmət sahələri fəaliyyətini dayandıracaq, uşaq bağçaları bağlanacaq.
Merin sözlərinə əsasən, Roma pulsuz qalıb və bunun üçün təcili olaraq, «Romanın xilası» adlı özəl qanun qəbul edilməlidir: «Baş nazir Matteo Rentsi əmin etdik ki, hökumət bu məqsədlə yeni fövqəladə sənəd üzərində işləyir».