RF və İranın MDB ölkələri ilə münasibətləri Tehranda müzakirə olundu
03 mart 2016 05:39 (UTC +04:00)

RF və İranın MDB ölkələri ilə münasibətləri Tehranda müzakirə olundu

Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin Tehranda iranlı həmkarı İbrahim Rəhimpurla RF və İranın MDB ölkələri ilə münasibətlərinin inkişafını müzakirə edib.  APA-nın xəbərinə görə, bu barədə Karasin “RİA Novosti” agentliyinə bildirib.  

 

“Səmərəli məsləhətləşmələr aparıldı, danışıqlar yaxşı mühitdə keçirildi. Biz regional problemlərə və ölkələrimizin  MDB ölkələri ilə münasibətlərinin  inkişafına dair müzakirələr apardıq. Hər-hansı daha dərin problemlər gündəliyə daxil edilməmişdi”, - deyə diplomat bildirib.   

 

İran XİN nümayəndəsinin Rusiya, İran və Azərbaycanın XİN rəhbərləri arasında yaxın zamanda  görüşün baş tuta biləcəyinə dair açıqlamasını şərh edən Karasin belə bir məsələnin müzakirə edilmədiyini qeyd edib: “Xeyr, biz bu məsələni müzakirə etməmişik”.

 

Qeyd edək ki, İbrahim Rəhimpur yanvarın sonlarında Moskvaya qeyri-rəsmi səfər edərək Rusiya XİN-də məsləhətləşmələr aparıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar