Rusiyanın Sankt Peterburq şəhərində 1945-ci ilin yazında Reyxstaq uğrunda baş vermiş döyüşün son iştirakçısı Nikolay Belyayev 94 yaşında vəfat edib.
“Nikolay Mixayloviç son gününədək fəal həyat tərzi keçirib, vətənpərvərlik tərbiyəsi sahəsində daim çalışıb, deyə Nikolay Belyayevin yaxınlarından biri bildirib.
Nikolay Belyayev Reyxstaqa ilk hücuma keçən 756-cı alayın “komsorq”u olub. Faşist Almaniyası üzərində qələbədən sonra o Sakit okean donanmasında xidmət edib, sonradan isə “Krasnoye znamya” fabrikində çalışıb.