Fransanın Pyuey-Malmezon bölgəsində maraqlı hadisə yaşanıb.
Musavat.com "The Local" saytına istinadən xəbər verir ki, yerli restoranlardan birinin sahibi Aleksandr Kalle bank işçilərinin onun restoranına gəlməyinə qadağa qoyub. Buna səbəb bankın ona kredit verməkdən imtina etməsidir.
Fransıza 70 min avro lazım imiş ki, o, öz biznesini genişləndirsin. Kalle bildirib ki, əgər bilsə müştəri bank işçisidir o, həmin müştəriyə xidmət etməkdən imtina edəcək.