Respublikaçılar: “ABŞ bu sanksiya ilə Rusiyanı danladı”
29 aprel 2014 06:17 (UTC +04:00)

Respublikaçılar: “ABŞ bu sanksiya ilə Rusiyanı danladı”

ABŞ-ın Respublikaçılar Partiyası Rusiyanın yüksək vəzifəli 7 rəsmisinə və 17 şirkətinə qarşı tətbiq edilən sanksiyanı “çox zəif” adlandırıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Respublikaçılar bildirib ki, ABŞ bu sanksiya ilə Rusiyanı “sadəcə danladı”.

 

Partiya təmsilçiləri ölkə rəhbərliyindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb ediblər.

 

Qeyd edək ki,  ABŞ-ın sanksiyalaşdırılmış siyahısında Rusiya baş nazirinin müavini Dmitri Kozak, Kreml administrasiyası rəhbərinin I müavini Vyaçeslav Volodin, prezidentin səlahiyyətli nümayəndəsi Oleq Belaventsev, federal mühafizə xidmətinin direktoru Yevgeni Murov, “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov, “Rosneft”in başçısı İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Müllerin də adı var.

 

Şirkətlərin sırasında isə “Volga Group”, “Stroytransqaz”, SMP Bank, “Transoyl” da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar