Rəsmi Dəməşq Türk əsgərinin Suriyaya girdiyini iddia edib
15 fevral 2016 01:08 (UTC +04:00)

Rəsmi Dəməşq Türk əsgərinin Suriyaya girdiyini iddia edib

0

Rəsmi Dəməşq ötən cümə yük maşınları ilə Suriyaya 100 nəfərlik silahlı qrupun daxil olduğunu bildirib. Suriya rəsmilərinin iddiasına görə, onların içərisində "türk gücləri" də var.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Suriya Xarici İşlər Nazirliyindən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına yazılan məktubda bildirilib.

 

Məktubda həmçinin yük maşınlarında iri çaplı silahların ölkəyə daxil olduğu da iddia edilib.

 

Bu arada Türkiyə mediası Mardində Suriya ilə sərhəddəki minalı bölgədə xəndək qazıldığını və 3 metr hündürlüyündə beton divar hörüldüyünü yazıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar