Rəfsəncaninin oğluna 10 il həbs cəzası verildi
11 iyun 2015 23:58 (UTC +04:00)

Rəfsəncaninin oğluna 10 il həbs cəzası verildi

0

İranın sabiq prezidenti, nüfuzlu siyasətçi Əkbər Haşəmi Rəfsəncaninin oğlu Mehdi Haşəmi iqtisadi cinayətlər törətməkdə təqsirkar bilinərək 10 il azadlıqdan məhrum edilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, baş prokuror Mohsen Əcəinin sözlərinə görə, Haşəmi rüşvətxorluqda, dövlət vəsaitlərini mənimsəməkdə, dələduzluqda və dövlət təhlükəsizliyini pozmaqda ittiham olunub.

 

Mehdi Haşəmi barəsində proses ötən ilin avqustunda dövlət təhlükəsizliyi sahəsində cinayətlərlə məşğul olan İnqilab Məhkəməsində başlayıb. Dinləmələr qapalı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar