Raul Kastro ABŞ-a səfər edib
25 sentyabr 2015 07:15 (UTC +04:00)

Raul Kastro ABŞ-a səfər edib

Kuba rəhbəri Raul Kastro BMT Baş Assambleyasında iştirak etmək üçün ölkə rəhbəri qismində ilk dəfə  Nyu Yorka səfər edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  Marti Noticias məlumat yayıb.

 

Bundan əvvəl onun qardaşı Fidel Kastro 2000-ci ildə  BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi.

 

Münasibətlərin gərginləşdiyi dövrdə ölkəni Assambleyada XİN rəhbəri təmsil edib.  

 

Bu Raul Kastronun ABŞ-a ikinci səfəridir. Bundan əvvəl Kastro qardaşları 1959-cu ildə Texas şəhərində olublar.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar