Rasmussendən Rusiyaya çağırış: “Separatçıları dəstəkləməyin”  
08 may 2014 00:09 (UTC +04:00)

Rasmussendən Rusiyaya çağırış: “Separatçıları dəstəkləməyin”  

NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı  Ukraynanın cənub-şərqində separatçılarla əməkdaşlığı dayandırmağa çağırıb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.

 

“Rusiya Ukraynadakı böhranın siyasi yolla həlli üçün separatçıları dəstəkləməyi dayandırmalı və beynəlxalq öhdəliyini yerinə yetirməlidir” - deyə, Rasmussen Polşanın xarici və müdafiə nazirləri ilə görüşdən sonra bildirib.

 

Bir müddət sonra NATO-nun baş katibi “tvitter” səhifəsində yazıb ki, Rusiyanın indiki ritorikası “soyuq savaş illərinin şablon” çıxışlarını xatırladır: “Alyans Rusiyaya dəqiq mesaj yollayıb: 21-ci əsrdə sizin ritorikanız “soyuq savaşın” şablonuna əsaslanır, özünüzü belə aparmayın”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723
avatar

Oxşar yazılar