Rasmussen: Krım heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq
05 sentyabr 2014 07:41 (UTC +04:00)

Rasmussen: Krım heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq

NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, Krım Rusiyaya qanunsuz birləşdirilib və o heç zaman Rusiya ərazisi kimi tanınmayacaq. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Uelsde keçirdiyi mətbuat konfransında bildirib.  
 
 
“Rusiya Ukraynaya qarşı təcavüzkar əməllərinə son qoymalıdır. Krımın birləşdirilməsi tanınmır və tanınmayacaq, çünki ərazilərin zorla alınması yolverilməzdir”, deyə Rasmussen qeyd edib.
 
 
Bundan əvvəl Rasmussen Moskvadan Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və separatçılara yardım göstərməyə son qoymağı tələb edib.   
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044
avatar

Oxşar yazılar