NATO-nun baş katibi Anders foq Rasmussen bildirib ki, Rusiya alyansın tərəfdarından rəqibinə çevrilir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, Ukraynada baş verənlərin günü-gündən narahatlığı artırdığını da vurğulayıb.
Rusmussen son illər dövlət büdcəsində hərbi xərcləri 40 faizədək ixtisar edən NATO-ya üzv ölkələri bu sahəyə ayrılan maliyyə vəsaitini artırmağa çağırıb.
Həmin dövrdə Rusiya hərbi xərcləri 30 faiz artırıb.