Çeçenistan rəhbəri Ramzan Kadırov asudə vaxtında göldə nəhəng balıq tutub. Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Çeçenistan rəhbərinin “Instagram”-da paylaşdığı şəkildə iki metr uzunluğunda nəhəng balıq əks olunub. Balığı əllərində Ramzan Kadırov da daxil olmaqla üç nəfər tutub.
Şəklin altında Kadırov lakonik “belə...” sözü yazıb.