Ramzan Kadırov: müsəlman üçün din qanunlardan daha üstündür
01 may 2015 07:25 (UTC +04:00)

Ramzan Kadırov: müsəlman üçün din qanunlardan daha üstündür

Müsəlman üçün həyatda ən əsas dindir. Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.     

 

“Bizim üçün ən əsas İslamdır. Qanunlardan da üstündür. İslamda deyilir ki, əgər dövlət sizə ibadət etməyə, Quranı öyrənməyə, məscid tikməyə icazə verirsə, siz bu dövləti qorumağa borclusunuz. Bizim adətlərimiz, Quran və Konstitusiya arasında heç bir ziddiyyət yoxdur”, deyə Kadırov “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.     

 

Kadırov çıxışında İslam dəyərlərinin qorunmasının vacibliyini qeyd edib: “Bizim vəzifəmiz  insanlara İslamın cəmiyyətə təhlükə mənbəyi deyil, sülh və əminamanlıq üçün olduğunu göstərməkdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Oxşar yazılar