Estoniyada ənənəvi “Harju Rally” rallisi zamanı avtomobillərdən biri yoldan çıxaraq tamaşaçılara çırpılıb, nəticədə üç nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, avtomobildəki heyət üzvləri Madis Vanaselya və Yaanus Xıbemyaqi müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
İnsidentin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.