Rada Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyıb
12 noyabr 2015 16:18 (UTC +04:00)

Rada Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyıb

0
Ukrayna Ali Radası Krım tatarlarının 1944-cü ilin mayında deportasiyasını soyqırım kimi tanıyıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərarın lehinə 245 deputat səs verib.

 

Qərar layihəsində qeyd olunub ki, SSRİ Dövlət Müdafiə Komitəsinin 1944-cü ildə qəbul etdiyi qərarlar nəticəsində 180 min Krım tatarı tarixi vətənini tərk etmək məcburiyyətində qalıb. Deportasiya siyasəti nəticəsində yarımadadan köçürülənlərin 46 faizi ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar