Rada hökuməti istefaya göndərə bilmədi
17 fevral 2016 00:18 (UTC +04:00)

Rada hökuməti istefaya göndərə bilmədi

0

Ukraynanın Ali Radası baş nazir Arseni Yatsenyukun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlığa dair qərarı qəbul edə bilməyib. APA-nın “112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, qərarın qəbul olunması üçün 226 səs lazım olduğu halda, 194 deputat dəstəkləyib.     

 

Məlumata görə,  hökumətin istefaya göndərilməsinə dair məsələ yalnız Radanın növbəti sessiyasında təkrar gündəmə çıxarıla bilər.   

 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bundan əvvəl baş nazir Arseni Yatsenyuku və baş prokuror Viktor Şokini  istefaya çağırıb.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar