Qvatemalada sürüşmə qurbanlarının sayı 215-ə çatdı
08 oktyabr 2015 06:27 (UTC +04:00)

Qvatemalada sürüşmə qurbanlarının sayı 215-ə çatdı

0

Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 215-ə çatıb, 300-ə yaxın insan itkin düşmüş hesab olunur.

 

Hazırda hadisə yerində 560 xilasedici, 50 yük maşını, 28 traktor və ekskavator işləyir.

 

Qeyd edək ki, faciə ilə əlaqədar Qvatemalada 3 günlük matəm elan edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 509

Oxşar yazılar