BMT Suriyada baş verə biləcək quraqlıqla bağlı xəbərdarlıq edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qurum vurğulanıb ki, quraqlıq nəticəsində taxıl məhsuldarlığı rekord həddə azala və bir neçə milyon insanın həyatı təhlükə ilə üzləşə bilər.
Ümumdünya ərzaq proqramının məlumatına əsasən, 2013-cü ilin sentyabrında yağıntının az düşməsi nəticəsində məhsuldarlıq son illərin göstəriciləri ilə müqayisədə orta hesabla iki dəfə azala bilər.
Bununla belə beynəlxalq donorlar tərəfindən humanitar yardım azaldığından BMT-də Suriyaya ərzaq yardımını da azaldıb.
BMT ərzaq proqramının təmsilçisi Elizabet Birsin sözlərinə görə, quraqlıq əsasən, ölkənin şimal-qərb bölgələrinə, ilk növbədə Hələb, İdlib və Hamu rayonlarına təsir göstərib.
Belə bir vəziyyətdə 6,5 milyon suriyalının ərzaq yardımına ehtiyacı olacaq. Hazırda bu rəqəm 4,2 milyondur.