Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq, Vladimir Qroysman icra edəcək.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Ukrainskaya pravda” xəbər yayıb.
Xatırladaq ki, ölkə parlamentindəki «Avropa seçimi» bloku dağıldıqdan sonra baş nazir Arseni Yatsenyuk istefa verib. İyulun 24-də “UDAR” və “Svaboda” partiyaları parlament koalisiyasından çıxdıqlarını elan edib. Bu isə Ali Radanın buraxılmasının başlamasıdır.