Yunanıstanda son 3 ayda qripdən ölənlərin sayı 105 nəfərə çatıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ölkənin Xəstəliklərə Nəzarət Mərkəzindən verilən açıqlamada qeyd olunur ki, son aylar qrip virusuna görə 279 nəfər xəstəxanaya yerləşdirilib. Həmin şəxslərdən 46 nəfəri hələ də müalicə almaqdadırlar.