İngiltərədə aparılan bir araşdırmaya görə, hər 5 müsəlmandan biri Suriyaya döyüşə gedənlərə rəğbət bəsləyir.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Times” qəzetində “İngiltərədə hər 5 müsəlmandan biri İŞİD-ə simpatiya bəsləyir” başlığı ilə çıxan xəbərdə “The Survation” ictimai şirkətinin apardığı araşdırmanın nəticələri yayımlanıb.
Araşdırmaya görə, İngiltərədə yaşayan hər 1000 müsəlmandan yüzdə 19-u Suriyadakı döyüşçülərə qatılmaq üçün İngiltərədən gedənlərə az da olsa, rəğbət bəslədiklərini deyiblər.
18-34 yaş arası gənclər arasında bu nisbət isə yüzdə 25 olub.
Araşdırmaya qatılanların 5-i isə onların bu hərəkətini çox alqışladıqlarını etiraf ediblər.
Qeyd edək ki, araşdırmanın nəticələri yayımlandıqdan sonra bir qrup müsəlman “Times” qəzetinə “İslam adı ilə şiddətə baş vurmaq çox üzücüdür”- deyə məktub göndəriblər.