Keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov Gürcüstana, Eduard Şevardnadzenin dəfninə gedə bilməyəcəyini söyləyib. Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, o, məsələyə belə aydınlıq gətirib: “Əlbəttə, getmək istərdim. Məni onunla ortaq çox mətləblər bağlayır. Biz dost idik. Təəssüflər olsun ki, sağlamlığım getməyimə imkan vermir”.
M.Qorbaçov bu yaxınlarda xəstəxanadan çıxdığını və orada iki həftə ürək-damar sistemi ilə bağlı müalicə olunduğunu və bərpa kursu keçdiyini söyləyib.
“Belə yaşayıram: gah xəstəxanada, gah da bağda, yaxud əksinə” -deyə, o, bildirib.
Xatırladaq ki, keçmiş SSRİ-nin xarici işlər naziri, 1995-2003-cü illərdə Gürcüstanın prezidenti olmuş Eduard Şevardnadze iyulun 7-də 87-ci yaşında Tiflisdə vəfat edib. İyulun 13-də o, dəfn olunacaq.