Ukraynan Baş Prokurorluğu jurnalist Georgi Qonqadznin qətli ilə bağlı ölkənin keçmiş prezidenti Leonid Kuçmaya qarşı qaldırılan işin bağlanmasının qanuniliyini araşdıracaq.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda ölkənin müvəqqəti prokuroru Oleq Maxnistsk açıqlama verib.
“Qonqadze ilə bağlı işi biz bitmiş saymırıq. Bu iş xüsusi araşdırma predmetidir” -deyə, o, vurğulayıb.
Mənbə xatırladıb ki, 2013-cü ilin fevralında Ukraynanın Baş Prokurorluğu Qonqadzenin qətlində Kuçmanın iştirakı ilə bağlı yetərincə dəlil-sübutun olduğunu bildirmişdi.