Qondarma “prezidentin” Londona səfəri azərbaycanlı fəalların etirazı ilə qarşılandı
08 iyul 2015 21:24 (UTC +04:00)

Qondarma “prezidentin” Londona səfəri azərbaycanlı fəalların etirazı ilə qarşılandı

Lent.az-ın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında azərbaycanlı tələbələr, icma üzvləri, o cümlədən, bu məsələdə azərbaycanlılarla həmrəy olan Böyük Britaniya, Türkiyə və digər ölkələrdən olan etirazçılar iştirak edib. Etiraz aksiyası Azərbaycan və Böyük Britaniya mətbuatında geniş işıqlandırılıb.

          

“Dağlıq Qarabağ: Daxili İnkişaf və Regional Problemlər” mövzusunda “Chatham House”da keçirilən müzakirələrdən öncə və sonra ardı kəsilmədən bu şüarlar səsləndirilib: “Saakyan  - Qarabağ Azərbaycanındır!” , “Biz ədalət istəyirik – Nə zaman istəyirik ?  İndi istəyirik !”. Saakyan binanı tərk edərkən etirazçılar onu bu şüarla qarşılayıblar: ‘Saakyan – müharibə cinayətkarı!’ Bununla onlar bildirməyə çalışıblar ki, onun rəhbərlik etdiyi separatçı rejimin işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə qayıtmasına imkan verilmir.

 

Dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin Azərbaycandakı məcburi köçkün düşərgələrində çəkdiyi təsirli fotoşəkilləri sərgiləyən rəqəmsal avtomobil furqonu regionda erməni militarist siyasətinin insanlığa vurduğu zərbəni nümayiş etdirib. Sözügedən furqon debat zamanı “Chatham House” un binası qarşısında dayan, sonra isə Mərkəzi London turuna çıxıb.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı komandir müavini, 2001-2007-ci illərdə isə işğal olunmuş ərazilərdə Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Saakyanın radikal platformadan çıxış etməsi  tərəflər arasındakı sülh danışıqlarının inkişafını ləngitməkdə mühüm rol oynayıb. O, 2007-ci ildən bəri qondarma rejimin rəhbəridir və dəfələrlə Dağlıq Qarabağın tam müstəqilliyinin tanınmasına nail olacağına söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Oxşar yazılar

İsraildən Yəmənə HAVA ZƏRBƏSİ:  ölənlər var-YENİLƏNİB

İsraildən Yəmənə HAVA ZƏRBƏSİ: ölənlər var-YENİLƏNİB

21 iyul 2024 , 16:20
Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

Təhlükəli virusa qarşı peyvəndə başlanıldı

21 iyul 2024 , 15:19
Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

Qəzzada həlak olan fələstinlilərin sayı açıqlandı

21 iyul 2024 , 14:03
Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

21 iyul 2024 , 12:08
Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

21 iyul 2024 , 09:35
Qvatemalada güclü zəlzələ  baş verdi

Qvatemalada güclü zəlzələ baş verdi

21 iyul 2024 , 08:21
Avtobusla yük maşını TOQQUŞDU:  16 nəfər öldü

Avtobusla yük maşını TOQQUŞDU: 16 nəfər öldü

21 iyul 2024 , 03:43
Ermənistanda GÜCLÜ PARTLAYIŞ:  ölən var

Ermənistanda GÜCLÜ PARTLAYIŞ: ölən var

20 iyul 2024 , 21:29