2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aksiyası qurbanlarının cəsədlərinin qalıqları Dünya Ticarət Mərkəzinin qoşa –qülləsi yerləşən əraziyə gətirilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, oradan isə metal konteynerlərə yerləşdirilən qalıqlar avtomobil karvanının müşayiəti ilə Milli Memorial Muzeyinə aparılıb.
Terror aksiya qurbanlarının ailə üzvləri muzeyin qarşısında etiraz aksiyası keçirib. Onlar bildirib ki, yaxınlarının cəsədlərinin qalıqları muzeyə və ya şəhər hakimiyyətinə deyil, ölənlərin ailəsinə məxsusdur.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Dünya Tİcarət Mərkəzinin hər iki bina terror hücumuna məruz qalaraq, dağılmışdı. Həmin qanlı olay nəticəsində 2750 nəfər ölmüşdü. İndiyə kimi onların yarısının cəsədi tanınıb.