Dərbəndin Xəzər kəndində bir nəfər boğulmaqda olan qızı xilas edərkən özü ölüb. Lent.az-ın məlumatına görə, Rəcəbəliyev Sultan Məhəmməd oğlu qışqırıq səslərini eşib və düşünmədən özünü suya atıb. Möcüzə nəticəsində o, Xuçni kənd sakini 12 yaşlı Fatimə Səidovanı xilas edib. Qızı sahilə ata bilsə də, özü batıb.
Qeyd edək ki, S. Rəcbəliyev daha əvvəl də bir nəfəri xilas etmişdir.