Qiyamçılar Yəmən prezidentinin administrasiya rəhbərini azad etdi
28 yanvar 2015 03:58 (UTC +04:00)

Qiyamçılar Yəmən prezidentinin administrasiya rəhbərini azad etdi

0

Yəməndə şiə qiyamçıları (husilər) tərəfindən 10 gün əvvəl oğurlanmış Yəmən prezidentinin administrasiya rəhbəri Əhməd Avad ben Mübarək  azad edilib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə qiyamçı qruplaşmanın rəhbərliyindəki  mənbə bildirib.  

 

Yəmənin rəsmi qurumları hələlik Əhməd Avad ben Mübarəkin azad olunmasını təsdiqləməyib.

 

Qiyamçıların açıqlamasına əsasən, Mübarəkin azadlığa buraxılması hakimiyyət və husilər arasında əldə olunmuş razılaşma əsasında baş tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar