Qiyamçı generalın ölüm xəbəri gəldi
12 sentyabr 2015 02:23 (UTC +04:00)

Qiyamçı generalın ölüm xəbəri gəldi

Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda sentyabrın 11-də antiterror əməliyyatı zamanı Romit dərəsi adlandırılan ərazidə öldürülüb.

 

APA-nın xəbərinə görə, bu barədə “Asiya plyus” agentliyinə hərbi mənbələr bildirib.

 

Məlumata əsasən, yaxın saatlarda hadisə ilə əlaqədar rəsmi açıqlama veriləcək.

 

Bununla belə, Tacikistan DİN-i və Milli Təhlükəsizlik Komitəsində faktı təsdiqləməyiblər.

 

Qeyd edək ki, Abdulhalim Nazarzoda  sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkil olunmasında ittiham olunur.

 

Tacikistanın güc strukturlarının həyata keçirdiyi əməliyyat zamanı generalın 100-dən çox tərəfdarı saxlanılıb, xeyli sayda silah sursat müsadirə edilib. 21 silahlının məhv edildiyi bildirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar