İsrail Qəzzada yerüstü əməliyyatlara başlayıb, <span style="color:red;">döyüş gedir
18 iyul 2014 01:21 (UTC +04:00)

İsrail Qəzzada yerüstü əməliyyatlara başlayıb, döyüş gedir

0

İyulun 17-də İsraildə “Sarsılmaz qaya” əməliyyatını 10-cu günüdür.

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, ölkənin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Moşe Yaalon Qəzza zolağında yerüstü əməliyyatın başlaması haqda əmr veriblər.

 

Təsdiq olunan plana əsasən, mədud miqyaslı əməliyyatda Qəzza zolağından İsrail ərazisini təhdid edən təhlükələrin aradan qaldirilması, tunellərin məhv edilməsi nəzərdə tutulub.

Hərbçilər bu əməliyyatın az bir həftə sürəcəyini ehtimal edir.

 

Türkiyə KİV-in məlumatına əsasən, Qəzza zolağı havadan, qurudan və dənizdən güclü bordman edilir.

 

Mənbə bildirib ki, İsrail ordusu Qəzzaya zolağın şimalından, Beyt Lahya bələdiyyəsindən girib. Bölgədə fələstinli silahlı qruplaşmalarla İsrail hərbçiləri arasında döyüş gedir.

 

Mənbə xatırladıb ki, Tsaxal (İsrail ordusu) Qəzza zolağında sonucu dəfə 2009-cu ildə “Tökmə qurğuşun” əməliyyat çərçivəsində keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1369

Oxşar yazılar