Qəzza zolağının bombalanması nəticəsində 51 nəfər ölüb
10 iyul 2014 00:47 (UTC +04:00)

Qəzza zolağının bombalanması nəticəsində 51 nəfər ölüb

0

İsrailin Qəzza zolağına hava zərbəsi endirməsi nəticəsində 51 fələstinli ölüb.

 

Lent.az-ın  “Interfaks”a istinadən məlumatına görə, bu barədə Fələstinin «Ma`an» agentliyinə tibb işçiləri bildirib.

 

Bu arada iyulun 9-da Qəzza zolağından İsrailin Dimona şəhərinə üç raket atılıb.

 

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağını nəzarətində saxlayan HƏMAS-a qarşı əməliyyatlar davam edəcək.

 

Əməliyyat hələlik hava zərbələr şəklində həyata keçirilsə də, ordu tam döyüş vəziyyətinə gətirilib və istənilən an genişmiqyaslı yerüstü əməliyyatın başlanacağı gözlənilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 893

Oxşar yazılar