Qəzza zolağında 4 yeniyetmə qardaş öldürülüb
16 iyul 2014 22:56 (UTC +04:00)

Qəzza zolağında 4 yeniyetmə qardaş öldürülüb

0

İsrailin dənizdən Qəzza zolağına endirdiyi raket zərbələr nəticəsində 16 fələstinli ,o cümlədə 4 yeniyetmə qardaş ölüb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə,  10 fələstinli  yaralanıb.


 

Məlumata əsasən, raket dünyanın hər yerindən olan jurnalistlərin qaldığı mehmanxananın yaxınlığında partlayıb.

 

Bir müddət öncə İsrail Qəzza zolağının əhalisini aviazərbələrə görə evlərini tərk etməyə çağırmışdı.

 

Fələstinin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl Kedranın məlumatına görə, İsrail ordusunun endirdiyi raket zərbələri nəticəsində 12 fələstinli həlak olub, 10 nəfər yaralanıb, daha 4 uşaq isə İsrail hərbçiləri tərəfindən Qəzza zolağının sahilində güllələnərək qətlə yetirilib.

 

İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı həlak olan fələstinlilərin sayı 200-ü ötüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 913

Oxşar yazılar