Qəzvində partlayış: ölənlər və yaralananlar var
07 may 2014 00:44 (UTC +04:00)

Qəzvində partlayış: ölənlər və yaralananlar var

0

İranın şimalında, Güney Azərbaycanın Qəzvin şəhərində Əlborz sənaye şəhərciyində bitki yağları zavodunun yanacaq anbarında partlayış baş verib. 

 

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, partlayış nəticəsində çoxlu sayda xəsarət alan və ölənlərin olduğu ehtimal edilir.

 

Yerli KİV şahidlərə əsaslanaraq, 50-yə yaxın insanın xəsarət aldığını və ölənlərin olduğunu bildirib.

 

Hadisənin təfərrüatı ilə  bağlı məlumat yayılmayıb.

 

Rəsmi məlumatlara əsasən, Qəzvin şəhərinin 330 min əhalisi var və  İslam Respublikasının əsas sənaye bölgələrindən sayılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar