Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı
18 avqust 2015 06:56 (UTC +04:00)

Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

0

İndoneziyanın Papua vilayətində qəzaya uğrayan ATR 42-300 təyyarəsinin qalıqları tapılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları təyyarənin hava limanına enməyə 10 dəqiqə qalmış Oksibil şəhəri yaxınlığında qəzaya uğradığını bildirib.

 

“Trigana Air” aviaşirkətinə məxsus, göyərtəsində 54 sərnişin və ekipaj heyəti olan təyyarə avqustun 16-da yoxa çıxmışdır.

 

Hazırda təyyarənin qalıqlarının tapılması üzrə əməliyyat davam edir. Əməliyyatda 100-dək mütəxəssisin iştirak etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar