Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 2615 nəfərə çatıb, 1427 nəfər vəfat edib.
APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Son iki gün ərzində Qvineya, Liberiya, Syerra-Leone və Nigeriyada 77 nəfər ölüb, 142 nəfər isə virusa yoluxub.
Ən acınacaqlı vəziyyət Liberiyada qeydə alınıb. Burada iki gün ərzində 48 nəfər ölümcül virusun qurbanı olub.
Avqustun 8-də Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasını beynəlxalq əhəmiyyətli təhlükə elan edib.