Liviya televiziyası Müəmmər Qəddafinin oğullarından birinin, Səədi Qəddafinin videoyazısını göstərib.
Lent.az-ın “BBC”-yə istindən məlumatına görə, o, ölkədəki həbsxanalardan birindən Liviya xalqına müraciət edərək, liviyalılardan üzrə istəyib: "Mən liviyalılar və Liviya hakimiyyətindəki əziz qardaşlarımdan ölkəmizin təhlükəsizliyi və sabitliyinin pozulmasına vurduğum zərbəyə görə üzr istəyirəm".
Səədi Qəddafi atası öldürüləndən sonra 2011-ci ilin noyabrında ölkədən qaçmışdı. Bu il martını əvvəlində o, Nigeriyadan Liviyaya təhvil verilib.
Səədi Qəddafi vətəndaş müharibəsi zamanı nümayişçilərin qətlində və başqa cinayətlərdə ittiham olunur. Qeyd edək ki, həmin dövrdə o, Liviya ordusunun komandanı olub.