Qazaxıstanın Xarici İşlər Nazirliyi Rusiyanın Krımda keçirdiyi referendumla bağlı açıqlama yayıb.
Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, nazirlik bu aksiyaya «anlayış»la yanaşdığını bildirib.
«2014-cü il martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendumla bağlı Qazaxıstan bir daha BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn təməl prinsiplərinə sadiq qaldığını vurğulayır» -deyə, XİN bəyan edib.
Bununla yanaşı Qazaxıstan yarımadada keçirilən referendumu «Muxtar Respublika əhalisinin öz iradəsini sərbəst şəkildə ifadə etməsini və mövcud şərtlər daxilində Rusiya Federasiyasının qərarını anlayışla qarşılayır».
Qazaxıstan hakimiyyəti Ukraynada yaranmış böhranın dinc yolla həllinə tərəfdar olduğunu bəyan edib.
Bütün bunlarla yanaşı Qazaxıstan referendumun nəticələrini tanıması və ya tanımaması haqqında mövqeyini açıqlamayıb.