Qatar körpüdən aşan mikroavtobusla toqquşdu: 14 ölü
18 avqust 2015 00:37 (UTC +04:00)

Qatar körpüdən aşan mikroavtobusla toqquşdu: 14 ölü

0

Cənubi Afrika Respublikasında qatar körpüdən aşan sərnişin mikroavtobusu ilə toqquşub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 14 nəfər ölüb.

 

İnsident Kvazu-Natal əyalətində, Durban  şəhəri yaxınlığında baş verib. Yerli BNO News telekanalı 6 nəfərin xəsarət aldığını bildirib, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisə yerinə xilasedici xidmət və tibb briqadaları cəlb edilib. Qəzanın başvermə səbəbləri bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar