Qarsda azərbaycanlı şəhidin dəfnində qışqırıq: “PKK-lılar hamısı ermənidir”
03 sentyabr 2015 12:59 (UTC +04:00)

Qarsda azərbaycanlı şəhidin dəfnində qışqırıq: “PKK-lılar hamısı ermənidir”

İğdırın Qaraqoyunlu qəsəbəsində PKK terrorçuları tərəfindən şəhid edilən polis komissarı Olqun Qurbanoğlu vətəni Qarsda dəfn olunub.

 

APA TV-nin məlumatına görə, dəfn mərasimində PKK-nı lənətləyən şüarlar səsləndirilib.

 

Qars sakinləri şəhidin nəşini “PKK-lılar hamısı erməni” şüarı ilə müşayiət ediblər. Qarsda yaşayan kürdlər PKK terrorçularının böyük əksəriyyətinin milliyyətcə erməni olduğunu, “Soyad haqqında qanun”dan yararlanaraq adlarını dəyişdirdiklərini bildiriblər.

 

Qeyd edək ki, İğdırda PKK terrorçuları ilə atışmada şəhid olan Olqun Qurbanoğlu əslən Borçalı bölgəsindəndir. Tarixə “qaçaqaç dövrü” kimi düşən dönəmdə şəhidin babaları Borçalıdan köçərək Qarsın Çamçavuş kəndində məskunlaşıblar. Şəhid ailəsi Borçalıdakı nəslin adını Türkiyədə özünə soyad kimi götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar