Dağıstanın Qarabudaqkənd rayonunun sakinlərinin təbii qaz təchizatı bərpa olunub.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, xəbəri Fövqəladə Hallar Nazirliyinin Dağıstan idarəsi yayıb.
Mənbə bildirib ki, aprelin 15-də kəmərdə təzyiq yüksək olduğundan qaz sızıb. Nəticədə 14 min sakin “mavi yanacaqsız” qalıb.
İdarənin məlumatına əsasən, Gelli, Qaqaşura, Paraul kəndlərində 700 abonentin qazı kəsilib. Başqa sözlə 2833 ev, 14 min 165 sakin, o cümlədən 3542 uşaq qazsız qalıb.
Mənbə bildirib ki, 15 ictimai əhəmiyyətli obyektin – iki həkim ambulatoriyası, 6 məktəb, 3 uşaq bağçası, üç mədəniyyət evi və sahə xəstəxanasına qaz verilişində fasilələr yaranıb.