Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar Agentliyinin xilasediciləri Qara dənizdə gəzintiyə çıxan 9 nəfəri xilas ediblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Xilasedicilər 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlını, o cümlədən üç nəfər yetkinlik yaşına çatmayan yeniyetməni xilas ediblər.
Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xilas olan şəxslər Batumidə mühərrikli gəzinti qayığına oturub dənizə gəzməyə çıxıblar. "Dənizdə onların mindiyi qayığın mühərriki xarab olub. Nəticədə vətəndaşlar onlara kömək göstərilməsini xahiş ediblər. Xilasedicilər qrupu vaxtında köməyə yetişib və xüsusi əməliyyat nəticəsində onlar sağ-salamat sahilə gətirilib”, nazirliyin mətbuat xidmətindən bildirilib.